Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-25 20:19:00
UNEC-də daha bir maraqlı müzakirə

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm həftəsi” çərçivəsində “Bir kəmər, bir yol: Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?” mövzusunda elmi-praktik seminar keçirilib.

AzEdu.az  xəbər verir ki, tədbirdə rektor Ədalət Muradov, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin deputatı Tahir Mirkişili, “Bir kəmər, bir yol Alyansının” baş katibinin elm və texnologiyalar üzrə müavini Li Renying mövzuya dair məruzələrlə çıxış ediblər.

Bildirilib ki, "Bir kəmər, bir yol" iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində Azərbaycan körpü rolunu oynayır.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.