
2019-10-27 15:30:00
Vurğun Əyyub adına təqaüdü bu tələbələr ala bilər
Azərbaycanda ilk dəfə test üsulu ilə tələbə qəbulu prosesinə rəhbərlik edən və ötən ay vəfat edən Vurğun Əyyub adına təqaüd proqramı təsis edilib.
AzEdu.az xəbər verir ki, təqaüd proqramının məqsədi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri, Azərbaycan təhsilinin inkişafına böyük töhfələri olan Vurğun Əyyubun adını yaşatmaqdır.
Bu məqsədlə təqaüd proqramına müraciətləri qiymətləndirmək üçün Təqaüd Komissiyası təşkil edilib. Komissiya müraciətləri qiymətləndirərək 10 ay müddətində təqaüdlər veriləcək. Hər təhsil ilində təqaüdçü sayı və məbləğində dəyişiklik olacaq.
Qeyd edək ki, təqaüd proqramı 2019-2020-ci il təhsil ilində başladılacaq.Təqaüd proqramına Azərbaycan və xaricdə təhsil alan Azərbaycan vətəndaşı tələbələr müraciət edə bilərlər. (fedai.az)


Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39