Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-28 13:42:00
Moskvada Nəsiminin abidəsi ucaldılıb  

Rusiyanın paytaxtı Moskvada Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin abidəsi ucaldılıb.

AzEdu.az APA-ya istinadən məlumat verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə abidənin açılışı oktyabrın 30-da keçiriləcək.

İmadəddin Nəsiminin abidəsi M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda ucaldılıb.

Qeyd edək ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Azərbaycanda 2019-cu il “Nəsimi ili” elan edilib.