Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-29 09:00:00
Gəncədə ağır  yol qəzası -  İki tələbə öldü

 

Gəncədə ağır yol qəzasında  Azərbaycan Dövlət  Aqrar Universitetinin  iki tələbəsi dünyasını dəyişib.

AzEdu.az xəbər verir ki,   universitetinin rektoru İbrahim Cəfərov  tələbələrin ailəsinə və yaxınlarına başsağlığı verib.

“Əziz tələbələrim, hörmətli izləyicilər və ADAU sevərlər, bu gün gecə saatlarında Azərbaycan Dövlət Aqrar Universitetinin “ Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin baytarlıq ixtisası üzrə 2 nəfər III kurs tələbələri-Məmmədov Eldar Kərim oğlu, Bayramlı İkram Arif oğlu ağır avto qəza keçirərək dünyalarını dəyişmişlər. Nəinki universitetimiz , eləcə də hər birimiz üçün ağır itkidir, onların valideynlərinə, yaxınlarına, qrup yoldaşlarına, bütün tələbələrimizə, professor-müəllim heyətinə, bütövlükdə dəyərli Azərbaycan gəncliyinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirəm. Məkanları cənnət olsun”.

Qeyd edək ki, DYP əməkdaşları hadisə yerinə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Ayşə Müseyib