
Bakı Mühəndislik Universitetinin (BMU) Maliyyə ixtisası üzrə (ingilis sektoru) 2018/2019-cu tədris ilinin bakalavr məzunu İlyas Əlizadə magistratura təhsilini Estoniya Respublikasının Tartu Universitetində Aktuari və Maliyyə mühəndisliyi üzrə davam etdirir.
AzEdu.az xəbər verir ki, BMU məzunu təhsil almaqla yanaşı, Tartu Universitetinin ictimai-sosial və mədəni həyatında da aktiv iştirak edir.
İ.Əlizadə dərslərinin ağır riyazi-statistik istiqamətli olmasına baxmayaraq, BMU-da Maliyyə ixtisası üzrə aldığı güclü baza bilikləri sayəsində çətinlik çəkmədən oxuduğunu bildirib.
Məlumat üçün bildirək ki, İ.Əlizadə BMU-nun bakalavr pilləsinə 662 balla qəbul olub və universiteti yüksək göstərici ilə – 92.32 balla bitirib. Tartu Universiteti onun təhsilini Dora Plus və digər təqaüd proqramları ilə maliyyələşdirir.