Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-30 12:00:00
Tələbələr nağdsız ödənişlərlə bağlı maarifləndiriliblər  

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinə “Nağdsız ödənişlər: mövcud imkanlar və yeniliklər” mövzusunda maarifləndirici seminar keçirib.

Palatanın mətbuat xidmətindən AzEdu.az-a bildirilib ki, seminar Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində baş tutub.

İnteraktiv formada keçirilən seminarda nağdsız hesablaşmalar və onun növləri, ödəniş alətləri ilə hesablaşmaların aparılması, ödəniş kartları ilə əməliyyatlarda fırıldaqçılıq halları və onun qarşısının alınması tədbirləri, pulköçürmələrinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat mövzuları müzakirə olunub.