
Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.
DİM-dən AzEdu.az-a verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 1018 nəfəri kişi, 832 nəfəri isə qadın olub. 922 nəfər (qeydiyyatdan keçənlərin 90.5%-i) kişi namizəd, 775 nəfər (qeydiyyatdan keçənlərin 93.1%-i) qadın namizəd 20-34 yaş aralığındadır. 45-64 yaş aralığı üzrə 25 nəfər (19 kişi, 6 qadın) qeydiyyatdan keçib, lakin imtahanda uğur qazanmayıb. Ümumiyyətlə, imtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 1 nəfər imtahandan uğurla keçib.
Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən 412 nəfər (uğur əldə edənlərin 91.1%-i, 198 kişi və 214 qadın) 20 29 yaş aralığında olan namizədlərdir. 30-39 yaş aralığında isə 39 nəfər (23 kişi və 16 qadın) uğur qazanıb. İmtahanda uğur qazanan namizədlərdən 444 nəfər (98.2%) yaşı 34-ə qədər olan şəxslərdir.
Beləliklə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1850 namizəddən 452 nəfəri (24.4%) müvəffəqiyyət əldə edib. Nəticələrdən görünür ki, qadınların müvəffəqiyyət göstəriciləri kişilərdən daha yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 1018 kişidən 221 nəfər (21.7%), 832 qadından isə 231 nəfər (27.8%) uğur əldə edib.
Statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:
Cinsi | Yaş intervalı | Qeydiyyatdan keçmişdir | Test imtahanından uğurla keçib | Faizlə (%) | |
Kişi | 20-24 | 389 | 120 | 30.8 | |
Kişi | 25-29 | 364 | 78 | 21.4 | |
Kişi | 30-34 | 169 | 19 | 11.2 | |
Kişi | 35-39 | 53 | 4 | 7.5 | |
Kişi | 40-44 | 24 | 0 | 0.0 | |
Kişi | 45-49 | 5 | 0 | 0.0 | |
Kişi | 50-54 | 6 | 0 | 0.0 | |
Kişi | 55-59 | 5 | 0 | 0.0 | |
Kişi | 60-64 | 3 | 0 | 0.0 | |
Kişilər üzrə cəmi: | 1018 | 221 | 21.7 | ||
Qadın | 20-24 | 374 | 143 | 38.2 | |
Qadın | 25-29 | 290 | 71 | 24.5 | |
Qadın | 30-34 | 111 | 13 | 11.7 | |
Qadın | 35-39 | 34 | 3 | 8.8 | |
Qadın | 40-44 | 17 | 1 | 5.9 | |
Qadın | 45-49 | 3 | 0 | 0.0 | |
Qadın | 50-54 | 2 | 0 | 0.0 | |
Qadın | 55-59 | 1 | 0 | 0.0 | |
Qadın | 60-64 | 0 | 0 | 0.0 | |
Qadınlar üzrə cəmi: | 832 | 231 | 27.8 | ||
Yekun: | 1850 | 452 | 24.4 |
Yaş intervalı | Qeydiyyatdan keçmişdir | Test imtahanından uğurla keçib | Faizlə (%) | |
20-24 | 763 | 263 | 34.4 | |
25-29 | 654 | 149 | 22.7 | |
30-34 | 280 | 32 | 11.4 | |
35-39 | 87 | 7 | 8.0 | |
40-44 | 41 | 1 | 2.4 | |
45-49 | 8 | 0 | 0.0 | |
50-54 | 8 | 0 | 0.0 | |
55-59 | 6 | 0 | 0.0 | |
60-64 | 3 | 0 | 0.0 | |
Cəmi: | 1850 | 452 | 24.4 |