Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-02 09:45:00
Lənkəranda məktəblilər arasında keçirilən rayon birinciliyi yekunlaşıb

Lənkəran şəhər 2 nömrəli tam orta məktəbdə Şəhər Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Şəhər Uşaq-Gənclər və İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə məktəblilər arasında keçirilən rayon birinciliyi başa çatıb.

 AzEd.az xəbər verir ki,  2004-2005-ci il təvəllüdlü 9-10-cu sinif şagirdləri arasında keçirilən və iki gün davam edən yarışda 23 məktəb komandasını təmsil edən 92 nəfər gənc idmançı qələbə uğrunda mübarizə aparıb.

Yarışın yekun nəticəsinə görə Lənkəran şəhər 7 nömrəli tam ota məktəbin komandası birinci, şəhər 4 nömrəli Humanitar Təmayüllü Məktəb Liseyin komandası ikinci, şəhər 10 nömrəli tam orta məktəbin komandası üçüncü, şəhər 5 nömrəli tam ota məktəbin komandası isə dördüncü yeri tutub.

Qaliblərə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub. (Azərtac)