Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-02 14:50:00
ADNSU-da “Qarabağ Azərbaycandır” adlı inşa-yazı müsabiqəsi keçirilib

ADNSU-da “Qarabağ Azərbaycandır” adlı inşa-yazı müsabiqəsi keçirilib

AzEdu.az xəbər verir ki, noyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının və ADNSU-nun təşkilatçılığı ilə universitetin tələbələri arasında “Qarabağ Azərbaycandır” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

Müsabiqə başlamamışdan öncə bu münasibətlə təşkil edilən tədbirdə çıxış edən millət vəkili Məlahət İbrahimqızı ölkəmizin ərazi bütövlüyündən danışaraq  Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu vurğulayıb. Bildirib ki, bu gün Azərbaycanın adı dünyada ən güclü dövlətlər arasında çəkilir. Dövlət başçısının apardığı uzaqgörən siyasət müasir Azərbaycan dövlətini güclü, yenilməz edib. Eyni zamanda, Azərbaycanda vətənpərvər gənclər yetişir və belə gənclər Azərbaycan ordusunun əsasını təşkil edir. Əlbəttə, qətiyyətli lider və vətənpərvər oğullarımız sayəsində əzəli Azərbaycan torpağı olan Qarabağ düşmən tapdağından azad ediləcək.

ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev  çıxışında  gənclərə uğurlar arzu edib və onlara hər zaman vətənlərini sevməyi, layiqli vətəndaş olmağı tövsiyyə edib.

Sonra sakit auditoriyada inşa yazalarının başlanmasına start verilib. Nəticələr müətəxəssislər tərəfindən yoxlandıqdan sonra qaliblər müəyyən olunacaq.