
İstər evdə, istərsə də məktəbdə azyaşlı şagirdlərə səsli kitab oxumaq faydalı nəticələr qazandırır. Onlar bir müddət sonra oxunulan hər hansı bir hekayəni unutsalar da, unutmasalar da uzun zaman lazım olacaq sadə və dəyərli vərdişlər mənimsəyirlər.
AzEdu.az azyaşlılara tez-tez səsli kitab oxumağın vacibliyinin 10 əsas səbəbini təqdim edir.
1.Nümunəvi oxumaq vərdişi qazandırmaq
Onların qarşısında mimika və jestlərlə kitab oxumaq şagirdləri mətnin sehrli aləminə təşviq edər. Çünki oxuyan adam öz hiss və duyğularını qarşısındakına da ötürür.
2.Əlaqə yaratmaq
İki adamın bir-biri ilə söhbəti əlaqə vasitəsi olduğu kimi səsli kitab oxumaq da ünsiyyət qədər əhəmiyyətlidir. Şagirdlər müəllimin oxu prosesində səs tonunun qalxmağını, yaxud enməyini öyrənəcək və ifadə edilən mənaları da rahatlıqla mənimsəyəcək.
- Söz ehtiyatını zənginləşdirmək
Şagirdlərin söz ehtiyatını zənginləşdirməkdə kitab oxumağın rolu danılmazdır. Onlar bu yolla sözləri xarici dil kimi tək-tək əzbərləmir, cümlənin daxilində təbii şəkildə öyrənirlər.
4.Dinləmə bacarığı formalaşdırmaq
Məlumdur ki, şagirdlər çox az hallarda bir mövzuya uzun zaman diqqət göstərirlər. Üstəlik maraqlarını cəlb etməyən bir şeyi dinlədikləri zaman bu müddət daha da qısalır. Onların diqqətini çəkməklə səsli oxumaq dinləmə bacarıqlarını da formalaşdırmaqda önəmli rola malikdir.
- Çətin mövzular haqqında fikir mübadiləsi aparmaq
Məsələn, şagirdlərlə irqçilik, ayrı-seçkilik və digər məsələlər haqqında danışmaq olduqca çətin ola bilər. Amma gerçək həyatda qarşılaşdığımız çətinlikləri başqaların dilindən oxumaq daha yaxşı maraq oyadar və düşünməyə sövq edər.
- Şəxsi maraqlarını kəşf etmək
Səsli oxunan bir hekayəni dinlədikdə şagirdlərin marağını çəkə bilər. Bununla daha çox kitab oxumağa can atarlar.
- Öyrənmə arzusu yaratmaq
Bir mövzuya duyulan maraq paylaşıldığı zaman dinləyiciyidə daha çox öyrənmə arzusu yaranır. Səsli oxumaq bu marağı oyandırmaqla kifayətlənməz, yeni bilgilərə istiqamətləndirir
- Yeni fikirlərlə tanış olmaq
Kitablar yeni bir mövzu açmaq, fikirlər səsləndirməkdə ən əlverişli üsuldur. O, bir şəxsə necə düşünməyi və ya hiss etməyi açıqca söyləmək əvəzinə, bir fikir, bilgi haqqında hekayə duymağına səbəb olur. Onlara konkret düşüncələri yeritmək yerinə, öz hiss və düşüncələrini ifadə etmə imkanı yaradır.
- Oxuduğunu anlamaq qabiliyyəti qazandırmaq
Təhsildə oxuduğunu başa düşmək önəmli hesab olunsa da, məktəblərdə buna nə qədər əhəmiyyət verildiyi məlum deyil. Səsli oxunan mətnləri dinləmək şagirdlərə xəyal qurmaq, ya da bir mövzu haqqında hiss etdiklərinə qərar vermək sərbəstliyi verir. Ancaq bunu etmək üçün öncə oxuduqlarını anlamalıdırlar.
- 1 Səsli kitab dinləməyi daha çox sevərlər
Azyaşlılar səsli kitaba qulaq asmağı çox sevirlər. Ümumiyyətlə, kimsə onlar üçün zaman ayırib nəsə edəndə özlərini önəmli hiss edirlər.
Və sonda qeyd edək ki, uşaqlarınıza səsli kitab oxumaq üçün səbəb tapmasanız, onların günlərini gözəlləştirmək üçün oxuyun. Bu ən yaxşı səbəbdir.
Ayşə Müseyib