_441.jpg)
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Radiasiya və kimyəvi təhlükəsizlik problemləri mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
AzEdu.az “Qafqazinfo”-a istinadla xəbər verir ki, konfrans Azərbaycanda mülki müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi sahəsində tədrisin əsaslarını yaradanlardan biri, texnika elmləri doktoru, professor, polkovnik Həbib Ocaqovun anadan olmasının 80 illik yubileyinə həsr olunub.
Konfransda ölkəmizin 40-dan çox elm və təhsil müəssisələri ilə yanaşı, ABŞ, Almaniya, Rusiya, Ukrayna, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qırğızıstandan 24 təşkilatı təmsil edən 150-ə yaxın mütəxəssis iştirak edir. 170-ə yaxın məruzə konfransın proqramına daxil edilib.
Rektorun çıxışından sonra Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev, Rusiyanın Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının prezidenti Gennadi Rodin, AMEA-nın müxbir üzvü, professor, Radiasiya problemləri institutunun direktoru Oqtay Səmədov təbrik nitqləri söyləyib.
Konfrans plenar iclasla öz işinə davam edib. İki gün davam edəcək konfransda alimlər radiasiya və kimyəvi risklərin idarə olunmasında smart və innovativ texnologiyaların istifadəsi üzrə informasiya və təcrübə mübadiləsi aparcaq, bu sahədə birgə elmi-tədqiqatların və tədrisin inkişaf etdirilməsi üzrə əməkdaşlığın səmərəli yollarını müzakirə edəcəklər.