
2019-11-06 17:42:00
Ağsunun Sarvan kəndində modul tipli təhsil ocağı istifadəyə verilib
Ağsu rayonunun Sarvan kənd ümumi orta məktəbi üçün quraşdırılan modul tipli yeni bina istifadəyə verilib.
AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin sifarişi ilə quraşdırılan yeni məktəb binası 96 şagird yerlikdir. Hazırda məktəbdə 86 nəfər şagird təhsil alır. On bir sinif otağından ibarət binada təhsilin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb.
Noyabrın 6-da məktəbin müəllim və şagird kollektivlərinin, kənd sakinlərinin, qonaqların iştirakı ilə keçirilən açılış mərasimində çıxış edənlər ölkəmizdə təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından danışıblar.
Sonda tədbir iştirakçıları yeni məktəb binasında yaradılan şəraitlə tanış olublar. (Azərtac)
Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16