Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-07 13:59:00
UNEC ilə KPMG Azərbaycan şirkəti karyera günü keçirəcək

Noyabrın 22-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi ilə KPMG Azərbaycan şirkəti karyera günü keçirəcək.

UNEC-dən AzEdu.az-a bildirilib ki, karyera günündə KPMG Azərbaycan şirkətinin karyera imkanları və işə qəbul qaydaları barədə məlumat veriləcək. İştirakçılar şirkətdə işə qəbul üçün test imtahanından keçəcəklər. Karyera günündə UNEC-in III, IV kurs bakalavrları və magistrlər iştirak edə bilərlər.

Tədbirdə iştirak etmək istəyənlər noyabrın 20-dək qeydiyyatdan keçməlidirlər. Seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.