
2019-11-10 17:00:00
Fransada maddi çətinlik çəkən tələbə özünü yandırdı
Tələbə sosial media hesabında buna görə Fransanın son üç prezidenti Makron, Holland, Sarkozi və Avropa Birliyinin məsuliyyət daşıdığını deyib.
AzEdu.az əcnəbi mediaya istinadla xəbər verir ki, Saint Entienne şəhərində özünü yandıran 22 yaşlı tələbəni sevgilisi təcili tibbi yardıma zəng vurduqdan sonra xəstəxanaya yerləşdiriblər. Bədəninin 90 faizi yanan tələbə reanimasiya şöbəsində həyatla mübarizə aparır. Ölmək istədiyini deyən tələbə, “gəlin bizi ayıran faşizmlə bərabərsizliyi yaradan liberalizmlə mübarizə aparaq. Son arzum dostlarımın bu işi sona qədər davam etdirməsidir”-ifadələrini işlədib.
Fransanın təhsil naziri Frederique Vidal isə hadisəylə bağlı Lyondakı universitet rəhbərliyilə görüşüb. Hadisəylə bağlı prokurorluq araşdırmaya başlayıb. Tələbə Həmkarlar İttiaqı isə intihar hadisəsinin tələbənin maddi sıxıntısıyla deyil, siyasi baxışlarıyla əlaqəli olduğunu bildirib. Universitet hadisədən sonra tələbələrlə söhbət üçün psixoloqlar cəlb edəcəyini bildirib.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39