
Türkiyədə üç müəlllim “Birləşmiş ürəklər” adı ilə başladıqları layihə çərçivəsində iyirmi iki kənd məktəbini tamamilə yeniləyiblər.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc müəllimlər Eda Kuruca, Şengül Güme və Seçkin Karaavcı könüllü təşkil etdikləri layihə üçün İcra Hakimiyyətindən də dəstək alıblar.
Onlar birbəbir gəzərək qeydə aldıqları 22 məktəbin çatışmayan ləvazimatlarını kənd əhalisindən toplayıblar. Sonra müəllimlər yığdıqları ləvazimatlar vasitəsilə 22 kənd məktəbini yenidən quraraq modern hala gətiriblər. Divarlara xüsusi rəsmlər çəkən müəllimlər məktəbi dizayn ediblər. Təşkilatçılardan biri Eda Kuruca layihənin uğurla həyata keçdiyini bildirib:
“Bu layihə bizdən öncə heç yerdə istifadə olunmayıb. Biz bir ilkə imza atdıq. Layihəmiz vasitəsilə ailələri ətrafımıza topladıq. Məktəb-ailə-şagird-müəllim iş biriyini həyata keçirdik. Şagirdlərimiziə əyləncəli vaxt keçirərək məktəblərini yeniləməyi öyrətdik. Layihəni gələn il də davam etdirərək bir sıra məktəblərin yenidənqurmasını realllaşdırmaq istəyirik”