
2019-11-13 10:07:00
“Facebook” onlayn ödəmə xidmətini işə salır
“Facebook” şirkəti “Facebook Pay” elektron ödəmə sistemini işə saldığını elan edib. Bu barədə məlumat şirkətin saytında yerləşdirilib. AzEdu.az şirkətin saytına istinadla xəbər verir ki, məlumatda “Facebook Pay” xidmətinin insanlara “Facebook”, “Messenger”, “Instagram” və “WhatsApp”da rahat, təhlükəsiz, etibarlı ödəniş aparmasına imkan yaradacağı bildirilir. Yeni xidmət ödəmə informasiyasının əlavədə saxlanmasına kömək edəcək ki, nəticədə istifadəçi nəsə almaq istəyərkən ödəmə məlumatını yenidən daxil etməyəcək.
Xidmət hələ ki ABŞ ərazisində yaşayan “Facebook” və “Instagram” istifadəçiləri üçün istifadəyə veriləcək. Şirkət xidmətin gələcəkdə digər ölkələrdə yaşayan istifadəçilər üçün də əlçatan olacağını bildirir.
Bu bölməyə aid digər xəbərlər
Şagirdin “Riyazi beyin xəritəsi” – Müəllimdən maraqlı layihə
2022-03-08 16:21:00
“Sistem inzibatçısı” üzrə təlimlərə müraciətlər qəbul olunur
2021-03-27 17:07:00
“Proqramlaşdırmanın əsasları” təliminə müraciətlər qəbul olunur
2021-03-27 14:43:00
Alimlərin yaratdığı süni ürək klapanı köçürülmədən sonra inkişaf edir
2021-03-27 11:56:00
Marsda ilk dəfə helikopter uçurulacaq
2021-03-25 10:56:00
“WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı AÇIQLAMA
2021-01-11 10:50:00
Koronavirusdan qorunmaq üçün xüsusi dəbilqə ixtira edildi
2020-11-16 12:03:00
İnsan beyninin kompüter ilə birləşməsinə yardımçı olacaq təhlükəsiz üsul yaradıldı
2020-11-14 12:03:00
Bosch ən sürətli koronavirus testini hazırladı
2020-09-26 17:02:00
Gözdən əlillər üçün “ağıllı əlcəklər” hazırlanacaq
2020-08-19 11:47:00