
2018-05-11 12:21:00
Uşaq bağçasının açılışı oldu - FOTOLAR
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günü keçmiş məktəb binası əsaslı təmir və yenidənqurmadan sonra Cülyan kənd uşaq bağçasının istifadəsinə verilib.
AzEdu.az xəbər verir ki, məktəbəqədər müəssisənin açılışında rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, YAP rayon təşkilatının sədri, RİH başçısının müavini Sevil Əhmədova və ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə rayon təhsil şöbəsinin məsləhətçisi Şəfaqət Rəsulov və digər çıxış edənlər ölkə rəhbərinə regionlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Bağça uşaqlarının ifasında Ulu öndərə həsr olunmuş şeirlər dinlənilib. Sonda RİH-nin başçısı Mirdaməd Sadıqov və qonaqlar uşaqlar üçün yaradılmış şəraitlə tanış olublar.
Onu da qeyd etmək lazımdır ki, rayonla, təhsillə əlaqəsi olmayan bəzi işbazlar əvvəllər məktəb binasını əhatəsində olan torpaq sahəsi ilə birgə özəlləşdirmək istəyiblər. Lakin rayon icra hakimiyyətinin təkidli mövqeyinin nəticəsi olaraq məktəb binası uşaq bağçası kimi körpələrin ixtiyarına verilib. Onlar köhnəlikdən, darısqallıqdan çıxıb, nümunəvi şəraitə qovuşublar.

Bu bölməyə aid digər xəbərlər
Qapı arxasında qalan 4 yaşlı uşaq belə xilas edildi - Video
2024-03-24 15:37:28
Bakıda 16 nəfər bağça müdiri vəzifəsinə qəbul olunub
2023-12-26 10:00:00
Bağçalara qəbulda qızılcaya qarşı peyvənd tələb olunur - RƏSMİ
2023-12-18 16:19:40
Günün hava PROQNOZU
2023-12-10 11:00:00
Anasının imtina etdiyi körpə Sumqayıt xəstəxanasında ölüb
2023-11-25 15:30:13
Füzulidə 240 yerlik uşaq bağçasının təməli qoyulub
2023-10-16 13:04:00
Məktəbəqədər təhsil müəssisələrinin heyəti üçün təlimlər keçirilir
2023-10-03 14:17:00
Bağça müdiri olmaq istəyənlər bu gündən sənəd verəcəklər
2023-07-31 09:09:52
Bağça müdiri olmaq istəyənlərə rəsmi MÜRACİƏT
2023-07-27 13:30:00
Sabahdan bağçalara qəbul BAŞLAYIR
2023-07-24 09:35:05