Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-16 17:59:00
Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Harmonik analizin müasir problemləri və tətbiqləri” mövzusunda elmi seminar olub.

İnstitutdan AzEdu.az-a bildirilib ki, seminarda bu elmi müəssisənin riyazi analiz şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Bəndəliyevin “Dəyişən dərəcəli Morri fəzalarının struktur xassələri“ mövzusunda məruzəsi dinlənilib.

Məruzə dəyişən dərəcəli Morri fəzalarının müxtəlif xassələrinə və həmin fəzalar haqqında daxilolma teoremlərinə həsr edilib.