
2019-11-17 17:15:00
Litva səfiri bu universitetdə olub
Naxçıvana rəsmi səfəri çərçivəsində Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Naxçıvan Dövlət Universitetində olub.
AzEdu.az xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında məlumat verib.
Səfir universitetdə ənənəvi metodlarla yanaşı, müasir tədris üsullarının, informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən məmnunluğunu ifadə edib, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışıb. O, tələbələrə ingilis dilində Litva-Azərbaycan münasibətlərinə dair mühazirə oxuyub, onların suallarını cavablandırıb. (Azərbaycan müəllimi)
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39