Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-23 16:47:00
UNEC-də təlim: qeyri-qiymət rəqabətində reklamın rolu və təsirləri izah olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsində firmanın iqtisadiyyatı fənni üzrə təlim-treninq keçirilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə təşkil olunub.

Müəssisənin iqtisadiyyatı kafedrasının dosenti Azər Mehdiyev “Qeyri-qiymət rəqabəti, reklam və informasiya asimmetriyası” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda firmalar arasındakı qeyri-qiymət rəqabətinin mahiyyəti və formaları göstərilib, qeyri-qiymət rəqabətində reklamın rolu və təsirləri izah olunub. Ayrı-ayrı sahələrdə reklamın intensivliyinə təsir göstərən amillər, onların intensivliyinin bazar quruluşuna təsiri, habelə reklamın səmərəliliyinin qiymətləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.