Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-25 10:28:00
Hakim vəzifəsinə qəbul olmaq istəyənlərin nəzərinə

Hakim vəzifəsinə qəbul olmaq istəyənlər üçün noyabrın 24-də keçirilən test imtahanı ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.

AzEdu.az xəbər verir ki, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. 

Qeyd edək ki, Namizədlər Apelyasiya Komissiyasına 25-29 noyabr 2019-cu il tarixlərində saat 14.00-dan 17.00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Ayşə Müseyib