Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-25 12:46:00
BDU-nun kollektivi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

Bakı Dövlət Universitetin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

 Modern.az xəbər verir ki, BDU-nun kollektivi və məzunları Universitetin 100 illik yubileyi münasibətilə  Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini еhtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qоyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə güllər düzülüb.

 Daha sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklillər qoyub.