Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-25 16:19:00
Nazirliyin rəsmisi: Azərbaycanda şagird kontingentinin 95%-i Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub

"Təhsil Nazirliyi təhsil sisteminin rəqəmsallaşdırması istiqamətində vahid platforma infrastrukturu yaradıb. Azərbaycan Təhsil Şəbəkəsi adlandırılan infrastruktura bu gün ölkənin əksər təhsil müəssisələri, istər orta, istər peşə, istərsə də ali təhsil müəssisələri qoşulub. Bu gün Azərbaycanda şagird kontingentinin 95%-i Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub".

 AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov deyib.

 Vüsal Xanlarov bildirib ki, bu şəbəkə vasitəsilə, həm internetə, həm də intranetə çıxış əldə olunur: "Sözügedən şəbəkə vasitəsilə Azərbaycandilli təhsil resurslarına çıxış daha sürətlidir. Çalışırıq ki, ucqar regionlarda texniki imkanların olmadığı yerlərdə belə innovativ yanaşmalardan istifadə edərək, rəqəmsal infrastrukturu hər bir məkanda yaradaq". (TED.az)