
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 12 nömrəli tam orta məktəbdə VI-VIII sinif şagirdləri üçün “Mənimlə danış” kampaniyası çərçivəsində “Bullinq” mövzusunda seminar keçirilib.
Tədbirdə BŞTİ və UNİSEF-in nümayəndələri, VII-VIII sinif şagirdləri iştirak ediblər. Seminarın əsas məqsədi ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.
Təhsil Nazirliyi və UNİSEF-in birgə əməkdaşlığı çərçivəsində keçirilən seminarda ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumat verilib.
Məktəblərdə sağlam mühitin yaradılması ilə bağlı müvafiq müzakirələr aparılıb, “Mənimlə danış” kampaniyasından bəhs edən videoçarx nümayiş olunub.