
Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.
AzEdu.az xəbər verir ki, əmrə əsasən elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiklərinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiklərinə görə Bakı Dövlət Universitetin əməkdaşları “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunublar.
Təltif olunanlar arasında BDU-nun Genetika və təkamül təlimi kafedrasının professoru Kamilə Əliyeva, BDU-nun Psixologiya kafedrasının müdiri Bəxtiyar Əliyev və BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Fəzail İbrahimli də var.
Qeyd etdiyimiz şəxslər həmçinin Milli Məclisin deputatlarıdır.