
Müddətli müqavilə ilə müəllimlərin vakant yerlərə yerləşdirilməsi prosesi davam edir.
AzEdu.az xəbər verir ki, İnsan Resursları Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində yaranan vakant yerlərə imtahan nəticəsi və coğrafi bölgü prinsipi əsasında namizədlərin yerləşdirilməsi davam edir. Riyaziyyat və Azərbaycan dili müəllimliyi üzrə vakant yerlərlə bağlı 2018 -2019-cu illərdə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində müvafiq bölmə və fənn üzrə imtahan nəticəsi olan şəxslər müraciət edə bilərlər. Namizədlər müraciətlərini qısa şəkildə (ad, soyad, ata adı, imtahan nəticəsi, seçmək istədiyi vakant yer) İnsan resurslarının rəsmi facebook səhifəsində müvafiq paylaşımın rəylər bölməsində qeyd edə bilərlər. Qeyd edək ki, vakansiyalara müraciət üçün müddət 1 gündür.
Ayşə Müseyib