Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-27 15:09:53
BDU-nun yataqxanasında zəhərlənən tələbə qızlar evə buraxıldı

Noyabrın 21-də Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhələnən iki tələb qız evə buraxılıb.

Bu barədə AzEdu.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, tələbələrin səhhəti normallaşdığından onlar bu gün saat 14:50-də Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən evə yazılıblar.

Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı qidadan zəhərlənərək vəfat edib,1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovna zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib.