
2019-11-27 17:42:00
Baş Planda ali təhsil müəssisələrinin Xocasən gölünün ətrafına köçürülməsi nəzərdə tutulur
Mərdəkanın altmərkəz kimi nəzərdə tutulması tamamilə zəruridir. Sadəcə, oranın gələcəkdə yaşayış tikintisi üçün zona kimi müəyyən edilməsi bir qədər təhlükə yaradır. Hamımız bilirik ki, Mərdəkan istirahət zonasıdır.
AzEdu.az-ın məlumatına görə, bunu Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsində Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bildirib.
Onun sözlərinə görə, Mərdəkan məhz istirahət zonası kimi qalmalıdır: "Mərdəkanın turizmin inkişafı, yaşıllıq, istirahət yeri kimi çox böyük potensialı var. Ona görə bu məsələyə bir daha baxılmasını xahiş edirik. Səsləndirdiyim fikirlər təkcə mənim yox, həm də universitetimizin bir sıra mütəxəssislərinin fikridir".
G.Məmmədova əlavə edib ki, Baş Planda ali təhsil müəssisələrinin Xocasən gölünün ətrafına köçürülməsi nəzərdə tutulur: "Şəhərin mərkəzindəki ali təhsil müəssisələrinin transport problemlərinin həlli nəzərə alınaraq bir az kənara köçürülməsi və orada daha yaxşı, böyük şəraitin yaradılması məqsədəuyğundur. Amma bu zaman oradan metro xəttinin keçməsi də çox vacibdir". (Trend.az)
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39