Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-28 16:40:00
UNEC-də xarici dillər üzrə məşğələlər təşkil olunur

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xarici dillər kafedrasının müəllimləri amerikalı həmkarlarının iştirakı ilə “Conversation Club” təşkil edir.

UNEC-dən AzEdu.az-a bildirilib ki, "Conversation Club” 10 nəfərlik söhbət qruplarında baş tutur. Məşğələlər hər həftənin müxtəlif günləri fərqli saatlarda keçirilir. bir müzakirənin müddəti 1 saatdır. Məşğələlər interaktiv metodlarla, prezentasiyaların hazırlanması, qrup halında debat və öyrədici xarakterli mövzuların ingilis dilində müzakirəsi formatında keçirilir.