Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-29 11:04:00
Dekabrda keçiriləcək diaqnostik qiymətləndirmənin əsas şərtləri- Müəllimlərin diqqətinə

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə diaqnostik qiymətləndirilməyə cari ilin dekabr ayında start veriləcək.

Qeyd edək ki, diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq və namizədlər 90 dəqiqə imtahan  müddətində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Bildirək ki, suallar həm nəzəri, həm də praktiki tipli hazırlanacaq.

Ayşə Müseyib