Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-29 11:12:00
“Bu, məsələnin aktuallığı getdikcə artacaq” – Ramiz Mehdiyev

“Azərbaycanda informasiya texnologiyaları sürətlə inkişaf edir. Artıq internet bütün ölkəni əhatə edib”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “İnformasiya Təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri V respublika konfransında deyib.

O, internetin ötən illərlə müqayisədə daha yüksək inkişaf etdiyini söyləyib:

“Ölkəmizdə insanların söz və internet azadlıqları yüksək səviyyədə təmin olunub. Vətəndaşlar azad şəkildə sosial şəbəkələrdən istifadə edirlər. Elektron ticarət və digər xidmətlər yüksək inkişaf tempi alıb. Şəxslərin fərdi məlumatları qorunur və bu məsələnin aktuallığı getdikcə artacaq”.

Qeyd edək ki, akademik Ramiz Mehdiyev oktyabr ayından AMEA-nın prezidenti vəzifəsini icra edir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları