
AzEdu.az xəbər verir ki, bu sözləri İnternet Forumunun prezidenti Osman Gündüz bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “İnformasiya Təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri V respublika konfransında deyib.
O qeyd edib ki, informasiya təhlükəsizliyi və kibercinayətkarlıq məsələlərinin qarşısını almaq üçün İnformatika fənni qəbul imtahanına salınmalıdır:
“Orta ümumtəhsil müəssisələrində İnformatika keçirilir. Bu çox aktual fənn olsa da qəbul proqramında yoxdur. Bu gün kibercinayətkarlığın artmasının səbəbi də İnformatika fənninə ciddi yanaşılmamasıdır. Mən müraciət edirəm ki, qəbul proqramına mütləq İnformatika fənni salınsın”.
Qeyd edək ki, bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya Təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri V respublika konfransında keçirilib. Konfransda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin müavini, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi, İnformasiya təhlükəsizliyi üzrə koordinasiya komissiyasının sədri general-leytenant Mürsəl Vəliyev, Gömrük Komitəsinin sədr müavini İqbal Babayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov və İnternet formunun prezidenti Osman Gündüz iştirak ediblər.