
“Elmlər Akademiyasının əsas problemi məlumatların əlçatan olmamasıdır”
AzEdu.az xəbər verir ki, bu sözləri AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “İnformasiya Təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri V respublika konfransında deyib.
O, Ramiz Mehdiyevə müraciət edərək informasiya texnologiyalarının və elektron cəmiyyətin inkişafı üçün tədbirlərin genişləndirilməsini təklif edib:
“İndi kənd-kənd, şəhər-şəhər gəzib elmi araşdırma aparmaq zamanı deyil. Çünki artıq insanlar əlçatan informasiyanı görmək istəyirlər”.
Qeyd edək ki, bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya Təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri V respublika konfransında keçirilib. Konfransda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin müavini, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi, İnformasiya təhlükəsizliyi üzrə koordinasiya komissiyasının sədri general-leytenant Mürsəl Vəliyev, Gömrük Komitəsinin sədr müavini İqbal Babayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov və İnternet formunun prezidenti Osman Gündüz iştirak ediblər.