
2019-11-30 16:54:00
"İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
Dekabrın 2-də saat 14:00-da AMEA-nın Əsas binasında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
AzEdu.az xəbər verir ki, tədbir AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq.
İki gün davam edəcək konfransda "Heykəltəraşlıq sənətində Nəsimi obrazı", "İmadəddin Nəsimi və Azərbaycan musiqisi", "Qazaxıstan təsviri sənətində Abay obrazı", "Nəsimi yaradıcılığı kitab qrafikasında", "Nəsimi poeziyası muğam-ozan ifaçılığı kontekstində", "Nəsimi obrazının Azərbaycan teatrında səhnə təcəssümü" və digər mövzularda məruzələr dinləniləcək.
Konfrans çərçivəsində Özbəkistan Rəssamlıq Akademiyasının K.Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlıq haqqında memorandumun imzalanması da nəzərdə tutulub.
Bu bölməyə aid digər xəbərlər
21 yaşlı tələbə qəfil öldü
2024-09-12 09:04:33
Cəlilabadda 3 gün əvvəl evdə yanğın zamanı xəsarət alan azyaşlı ölüb
2024-09-11 17:21:00
Azərbaycan gəncləri WorldSkills yarışlarında iştirak edirlər
2024-09-11 11:52:54
Bu universitetin əməkdaşlarının maaşları 30% ARTIRILACAQ
2024-09-10 17:40:00
Universitetlərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başlayıb
2024-09-09 18:02:33
Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı
2024-09-09 10:01:17
Ana bətnindəki uşağı autizmdən qoruyan məhsul
2024-09-09 08:51:18
14 yaşlı qızı avtomobil vurub
2024-09-08 09:24:14
13 yaşlı sərnişin yol qəzasında ölüb
2024-09-07 16:03:47
“5 saniyə geciksəydim...” - Körpəni xilas edən maşinist
2024-09-06 14:59:47