Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-03 09:01:00
UNEC-in yeni kitabxanası oxucuların istifadəsinə verilib

Dekabrın 2-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) UNEC Kitabxana İnformasiya Mərkəzinin 1 saylı kitabxanası oxucuların istifadəsinə verilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, kitabxanada oxucular 15 yeni kompüterlə işləyə, 5 min nüsxəyə yaxın kitab, gündəlik qəzetlər, Azərbaycan və rus dillərində elmi jurnallarla tanış ola bilərlər.

Qeyd edək ki, yeni kitabxanaya maraq böyükdür. İlk gün kitabxanada 254 oxucu qeydə alınıb.