
Bu gün Azərbaycan Texniki Universitetində Fəaliyyət Planının təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib.
AzEdu.az xəbər verir ki, konfransda İctimai şuranın rəhbərliyi və üzvlərinin, təhsil ekspertləri, KİV nümayəndələri iştirak edib.
Fəaliyyət Planı Şuranın cari tədris ilində icra edəcəyi işləri özündə əks etdirir.
Qeyd edək ki, Fəaliyyət planı 5 istiqaməti əhatə edir. Sənəddə Təhsil Nazirliyinin və onun qurumlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, nazirliklə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, Təhsil Nazirliyi və onun yerli idarə etmə orqanlarının fəaliyyətində aşkarlıq və şəffaflığın təmin olunması, təhsil sahəsində siyasətinin formalaşması, həyata keçirilməsi və qərarlarin qəbulu zamanı ictimai rəyin və vətəndaşların maraqlarının öyrənilməsi, təhsil subyektlərinin qanuni maraqlarının təmin və müdafiə edilməsi məsələləri, birgə əməkdaşlıq və əlaqələndirmə tədbirləri əksini tapıb.