
“Biz fərdi şikayətləri dinləyə bilməyəcəyik. Çox ciddi məsələlər olduğu təqdirdə İctimai Şurada müzakirə olunacaq və həlli istiqamətində işlər görüləcək "
AzEdu.az xəbər verir ki, İctimai Şuranın məsul katibi İlqar Orucov “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı"nın təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, valideyn-məktəb problemli və digər məsələlərlə bağlı şuraya çoxsaylı müraciətlər daxil olur:
"Valideynlərlə iş məsələsi çox ciddi problemdir. İctimai Şura yanında yeni əlaqə xətti yaradılıb. Bu xətt eləcə də sosial şəbəkələr vasitəsilə bizə xeyli sayda müraciətlər edilir".
Qeyd edək ki, bu gün Azərbaycan Texniki Universitetində Fəaliyyət Planinin təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransdaa İctimai şuranın rəhbərliyi və üzvlərinin, təhsil ekspertləri, KİV nümayəndələri iştirak edib.
Ayşə Müseyib