
“Akademik Ramiz Mehdiyev AMEA prezidenti təyin olunduqdan sonra ondan gözləntiləri çoxalıb”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.
O, Azərbaycan Milli Elmlər Akademiyasında 13-ü maaşın tətbiqinin vacibliyini və bu təkliflə çıxış etdiyini vurğulayıb:
“AMEA-nın əməkdaşları hörmətli Ramiz müəllimdən “13-cü maaş”ı istəyirlər. Bu addım atılsa, həm Sovet dövrü yada salınar, həm də bayram əhvalı yaranar. Hər halda ümid bəsləyək ki, bu addım atılacaq.
AMEA-da əməkhaqları az olduğuna görə, Yeni il qabağı veriləcək “13-ü maaş” akademiya işçiləri üçün ciddi dəstək ola bilər.
Bu onlar üçün yaxşı bir motivasiya qaynağı yaratmağa yol açaçaqdır. Çünki AMEA-nın sıravi əməkdaşları çox aşağı əməkhaqqı alırlar. Ramiz Mehdiyev nüfuzlu şəxsdir və o, bu addımı atmaqla akademkiya işçilərinə müəyyən mənada dəstək ola bilər”.
Qeyd edək ki, "13-cü maaş" - ilin sonunda işçilərə pul şəklində ödənilən həvəsləndirici mükafatdır. Məqsəd-işçlərin məhsuldarlığının və effektivliyinin artırılmasıdır.
"13-cü maaş" anlayışı hələ sovet vaxtlarında yaranmışdır. Əslində bu cür mükafatları ilin nəticələrinə görə mükafat adlandırmaq olar. Lakin, sovet vaxtlarında xalq arasında bu mükafata "13-cü maaş" deyilirdi, çünki hər ilin sonunda işçilərə orta aylıq əmək haqqı məbləğində mükafat verilirdi.