
2019-12-14 10:29:00
Artıq çəkili astronavtların Aya uçmasına icazə verilməyəcək
Artıq çəkisi olan rus astronavtlarının Aya uçuşuna icazə verilməyəcək.
AzEdu.az RİA Novostiyə istinadən xəbər verir ki, bu qərar "Оryol" kosmik gəmisinin ümumi kütləsinə məhdudiyyətlər qoyulması səbəbindən meydana gəlib.
Kosmik gəmi istehsalçısı olan “Energia” Raket-Kosmik Korporasiyası hazırladığı materialların müvafiq çəkidə yeni standartlarını açıqlayıb.
Bildirilib ki, kosmik gəmi dörd ekipaj üzvü və 100 kiloqram yük daxil olmaqla, ümumilikdə yalnız 420 kiloqramı Aya daşıya bilər.
Beləliklə, skafandr nəzərə alınmaqla, hər bir astronavtın çəkisi 80 kiloqramdan çox olmamalıdır. Yeni standartlara uyğun olaraq, "Oryol"da uçuşlar üçün hazırda kütləsi 10 kiloqram olan "Sokol-M" yeni uçuş kostyumu hazırlanıb. Buna görə də bir kosmonavt 70 kiloqram ağırlığında olmalıdır.
Bu bölməyə aid digər xəbərlər
İxtisas seçimində dəyişiklik etmək mümkündür? - DİM-dən CAVAB
2024-08-13 11:28:29
Qeyri-sabit havanın nə vaxta kimi davam edəcəyi açıqlanıb
2023-11-18 17:27:00
20 ildən sonra insanlar ulduzları görməyəcək
2023-06-02 14:32:00
30 ildən sonra bu şəhərlərdə yaşamaq çətin olacaq
2023-05-31 11:20:00
Dostu övladınıza pis təsir göstərirsə - nə etməli?
2023-05-29 18:26:00
Uşaqlar kondisionerdən soyuqlaya bilərmi?
2023-05-29 09:15:00
Uşaq gündə nə qədər şirniyyat yeyə bilər?
2023-05-28 15:00:00