
2019-12-17 12:48:00
Yeni texnologiya istənilən şəxsə təyyarəni endirməyə imkan verəcək
ABŞ-ın "Garmin" naviqasiya sistemləri istehsalçısı istənilən şəxsə təyyarəni endirməyə kömək edəcək texnologiya hazırlayıb.
"Autoland" adlandırılmış yeni sistem kritik vəziyyətlərdə əlçatan olacaq. İstehsalçının sözlərinə görə, yeni hazırlama aviasiya sənayesini tamamilə dəyişəcək. Məsələn, adi bir sərnişin enmə zamanı pilotu əvəz edə biləcək. Bunun üçün sistemi işə salan bir düyməyə sıxmaq lazımdır.
AzEdu.az ictnews.az-a istinadən bildirir ki, yeni texnologiya təyyarənin və 200 dəniz mili radiusundakı ən yaxın aeroportun yerini avtomatik müəyyənləşdirəcək.
Yeni naviqasiya sistemi, həmçinin yanacağın səviyyəsini, hava şəraitini və uçuşun müddətinə təsir göstərəcək başqa amilləri müəyyənləşdirəcək.
Bu bölməyə aid digər xəbərlər
Şagirdin “Riyazi beyin xəritəsi” – Müəllimdən maraqlı layihə
2022-03-08 16:21:00
“Sistem inzibatçısı” üzrə təlimlərə müraciətlər qəbul olunur
2021-03-27 17:07:00
“Proqramlaşdırmanın əsasları” təliminə müraciətlər qəbul olunur
2021-03-27 14:43:00
Alimlərin yaratdığı süni ürək klapanı köçürülmədən sonra inkişaf edir
2021-03-27 11:56:00
Marsda ilk dəfə helikopter uçurulacaq
2021-03-25 10:56:00
“WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı AÇIQLAMA
2021-01-11 10:50:00
Koronavirusdan qorunmaq üçün xüsusi dəbilqə ixtira edildi
2020-11-16 12:03:00
İnsan beyninin kompüter ilə birləşməsinə yardımçı olacaq təhlükəsiz üsul yaradıldı
2020-11-14 12:03:00
Bosch ən sürətli koronavirus testini hazırladı
2020-09-26 17:02:00
Gözdən əlillər üçün “ağıllı əlcəklər” hazırlanacaq
2020-08-19 11:47:00