Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-18 14:09:00
Bakıda “Azərbaycan və Türkiyə universitetləri: təhsil, elm, texnologiya” konfransı keçirilir

Dekabrın 18-də Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AzTU-nun rektoru, professor Vilayət Vəliyev konfransın əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, konfransın məqsədi Azərbaycan və Türkiyə universitetlərinin təhsil, elm, texnologiya sahələrindəki aktual problemlərini müzakirə etmək, perspektivlərini müəyyənləşdirmək və bu sahələrdə aparılan elmi-tədqiqat işlərini ümumiləşdirməkdən ibarətdir. Konfransda 300-dən çox məruzə dinləniləcək. Azərbaycan və Türkiyə Universitetlərinin Assosiasiyasının yaradılmasının vacibliyini bildirən rektor bu istiqamətdə hazırlıq işlərinə baslanıldığını diqqətə çatdırıb.

Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli isə Azərbaycan ilə Türkiyə arasında elm və təhsil sahəsində əlaqələrdən bəhs edib. O, Türkiyə universitetləri ilə ikili diplom proqramlarının təsis olunması istiqamətində ciddi işlər aparıldığını deyib.

Konfrans bölmə iclaslarında işini davam etdirir.