
“Yaxın gələcəkdə 5 rayonumuzda STEAM mərkəzlərinin açılacağı gözlənilir”
Bu sözləri AzEdu.az-a açıqlamasında Laçın rayon Mişni kənd tam ota məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar İsmayılova deyib.
O, STEAM layihəsi ilə bağlı İsraildə təlim keçərək xarici təcrübəni geniş şəkildə mənimsəyib.
Gülnar İsmayılova layihə ilə bağlı təəssüratlarını AzEdu.az-la bölüşüb:
“Layihə barədə öncə Facebook-da məlumat aldım və yazılı olaraq müraciət etdim. Daha sonra isə müsahibəyə dəvət olundum. İcraçılar təlimlərin İsraildə olacağını bildirdilər.
STEAM layihəsi hazırda Bakının bir sıra məktəblərində tətbiq olunur. Həmin məktəblərdə STEAM dərsləri keçirilir; oyun xarakterli olduğundan şagirdlərin marağını daha çox cəlb edir.
STEAM “həyatın hər bir anında” demekdir. Mən məktəbdə uşaqları bu metodla taniş edəndə onlara çox maraqlı gəlmişdi.
Şagirdlər STEAM tədris edən müəllimlərin dərslərindən çıxmaq istəmirlər. Yaxın gələcəkdə isə STEAM mərkəzlərinin 5 rayonumuzda açılacağı gözlənilir. Bu, çox sevindirici haldır. Belə ki, təhsili inkişaf etdirməyə yönələn bu layihə artıq hər kəsin marağını cəlb edir.
İsrail təlimlərində öyrəndiyimiz yeni biliklər, metodologiyaları burada tətbiq edəcəyik. Bu, çox məsuliyyetli işdir. Çünki söhbət uşaqların təhsilindən və onların şəxsiyyət olaraq formalaşmasından gedir.Biz də müəllim olaraq bu amal üçün çalışmalıyıq”.
O, İsraildə keçdiyi təlimlərdən söz açıb:
“İsraildə təlimdə olduğumuz müddət ərzində Pbl, layihə əsaslı öyrənmə, Neyrosiens, Nanotexnology, 3D printer, Tinkercad Microbit, Biomimicry və s. təlimlər keçdik. Bütün bunlarla yanaşı, Peres İnnovasiya Mərkəzinə, İsrailin bir sıra məktəblərinə getdik. Bizə göstərilən diqqət və qayğıdan çox razı və məmnun halda geri döndük.
Məktəbimizdə kompüter və printer kimi texnoloji avadanlıqların heç biri yox idi. 2019-cu ildən isə bu problemlər aradan qaldırılıb. Çünki kompüter, printer və ağıllı lövhələr məktəb və şagirdlər üçün olduqca vacibdir. Artıq şagirdlərimiz üçün her şey daha da yaxşı olub.
Layihə rəhbərimiz İqrar Nəzərova, Hafiz Tofidiyə və ən əsası Təhsil Nazirliyinə göstərdikləri dəstək ücün minnətdarlıq bildirirəm.Fəxr hissi ilə bildirmək istəyirəm ki, STEAM gələcək üçün uğurlu istiqamətdə olacaq”.