
2019-12-19 13:37:00
“Rezidentlərin 50 faizdən çoxu regionlara göndərilib” - Nazir müavini
"Hər il noyabr-dekabr aylarında rezidentlərin bölgələrə təyinatı olur. Keçən il rezidentlərin 60 faizi regionlara göndərilib".
AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib. Onun sözlərinə görə, bu il 50 faizdən çox rezident təyinatla regionlara göndərilib:
"İstər inkişaf etmiş, istərsə də inkişaf etməmiş ölkələrdə regionlarda həkim qıtlığı dövlətin problemidir. Həkimlərin regionlarda qalması üçün əlimizdən gələni edirik. Bir müddət əvvəl stimullaşdırıcı tədbirlər gördük. Maaşdan əlavə onlara həvəsləndirici məbləğ verilirdi və evlə təmin olunurdular".
Nazir müavini qeyd edib ki, belə bir proqramın yenidən həyata keçirilməsi gözlənilir: "Hələ ki, bu tədbirlər təsdiqlənməyib. Bölgələrə təyinat alan rezidentlər 3 il müddətində məcburi olaraq orada fəaliyyət göstərməlidirlər. Kimsə işləyə bilirsə qalır, qalmaq istəməyəni isə məcbur edə bilmərik. Çünki artıq müqaviləsi bitir. Amma yeni rezidentlər həmin bölgələrə göndərilir".(Azvision.az)
Bu bölməyə aid digər xəbərlər
Rezidenturaya ixtisas seçimi bu tarixdə APARILACAQ
2023-07-28 11:32:30
Rezidenturaya qəbul imtahanının nəticələri AÇIQLANDI
2023-07-17 19:00:00
DİM rezidentura imtahanına hazırlaşanlara MÜRACİƏT ETDİ
2023-07-11 15:05:17
Rezidenturaya namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər
2023-05-08 11:43:00
Həkim-rezidentlərin yekun attestasiyası ATU-da olacaq
2023-02-14 14:59:56
Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
2022-09-20 15:29:00
Rezidenturanın boş qalan plan yerlərinə ixtisas seçimi davam edir
2022-09-16 16:10:00
Rezidenturaya qeydiyyat başa çatır
2022-09-12 13:19:00
Rezidenturaya qeydiyyat prosesinə start verilir
2022-09-06 10:13:00
Rezidenturaya ixtisas seçimi başa çatdı
2022-08-31 09:36:00