2019-12-19 16:30:00
Azərbaycanda 13-15 yaşlı məktəblilərin 7 faizi siqaret çəkir
"Azərbaycanda tütündən istifadənin səviyyəsinin hələ də yüksək qalmasına baxmayaraq, ÜST-ün məlumatlarına əsasən, tütünçəkmə səviyyəsində azalma müşahidə edilir".
AzEdu.az xəbər verir ki, bunu ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyib. O bildirib ki, böyüklər arasında passiv tütünçəkmə göstəricilərində bir qədər azalma müşahidə olunsa da, rəqəmlər hələ yüksəkdir:
"Əksər hallarda insanların tütün çəkməsi yeniyetmə yaşlarında başlayır. Hazırda Avropa regionunda tütünçəkmə ən yüksək səviyyədədir. Bəzi ölkələrdə yeniyetmələrin tütünçəkmə göstəriciləri böyüklərin analoji göstəriciləri ilə eynidir. Azərbaycanda keçirilmiş tədqiqatlar göstərir ki, 13-15 yaşlı məktəblilərin 10 faizi nə vaxtsa siqaretin dadına baxıb, 7 faizi hələ də siqaret çəkir. Diqqət edilməli məqam odur ki, siqaret çəkənlərin üçdə biri bunu 10 yaşadək edib. Deməli, tədqiqatlar erkən yaşları əhatə etməlidir".
T.Musayev qeyd edib ki, Azərbaycanda siqaret çəkməyənlərin 29 faizi evdə, 41 faizi isə qapalı ictimai yerlərdə tütünün təsirinə məruz qalır: "Təəsüf ki, bu göstəricilər 5 il ərzində 50 faiz artıb. Bütün faktlar ictimai yerlərdə tütünçəkmənin məhdudlaşdırılması haqqında qanunun diqqətlə yerinə yetirilməsini tələb edir. Tütünlə mübarizədə effektiv yollardan biri tütün vergilərinin qaldırılmasıdır. Azərbaycanda tütün vergiləri orta hesabla 7 faiz artıb. Yanvarın 1-dən bu rəqəm bir daha artacaq".

(Azvision.az)
Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16