Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-20 14:19:00
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Rəsədxanadan AzEdu.az-a bildiriblər ki, astroseminarda Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Günay Hacıyevanın “Rentgen və ultrabənövşəyi şüaların “Qırmızı və mavi ifratnəhənglər, Post-AGB ulduzları” mövzusunda məruzəsi dinlənilib.

G.Hacıyeva ifratnəhəng ulduzlar və onların bəzi spektral xüsusiyyətləri barədə məlumat verib. O qeyd edib ki, ifratnəhənglər üçün maddənin intensiv itkisi (ulduz küləyi) xarakterikdir. Belə ki, dayanıqsız pulsasiya edən şüalanmanın təzyiqi altında, ulduz taclarındakı zərbə dalğaları nəticəsində ulduz küləyi yaranır. Güclü maddə itkisi və ulduzun soyuması isə nəhəng qaz-tozdan ibarət ulduzətrafı örtüyün yaranmasına gətirib çıxarır. Belə qaz-toz dumanlığı ulduzun optik şüalanmasını bəzən tamamilə udur. Belə obyektlər spektrin infraqırmızı diapozonunda şüalanır.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.