
Azərbaycanın pedaqoji ictimaiyyətinə ağır itki üz verib.
AzEdu.az xəbər verir ki, uzun illər “Azərbaycan məktəbi” jurnalının baş redaktoru vəzifəsində çalışan, jurnalın inkişafı üçün əlindən gələni əsirgəməyən, elmi-pedaqoji, filologiya sahəsində çoxsaylı məqalələrin, araşdırmaların müəllifi Nəcəf Nəcəfov vəfat edib.
Nəcəf müəllimin jurnala rəhbərlik etdiyi dövr Azərbaycanda təhsil islahatlarının həyata keçirildiyi, pedaqoji elm sahəsində yeni nəzəriyyələrin, yeni təhsil modelinin tətdiq olunduğu bir zamana təsadüf edib. Jurnal bu dövrün yenilklərini araşdıran tədqiqatçı alimlərlə oxucuların görüşünə gəlib, özünün bir əsrlik missiyasını uğurla davam etdirib.
Nəcəf müəllimi əbədiləşdirən son xatirələrdən biri də məhz uzun illər çalışdığı "Azərbaycan məktəbi" jurnalı olub. Jurnalın 95 illik yubileyi mərasimi ilə əlaqədar çəkilən mikrofilmdə Nəcəf müəllimin dediyi önəmli fikirlər onun oxucularının və sevənlərinin yaddaşında daimi silinməz iz qoyacaq. O, jurnaldan ayrıldıqdan sonra da daim redaksiya ilə əlaqə saxlayıb, jurnalın fəaliyyəti ilə maraqlanıb.
Allah rəhmət etsin!