
Azərbaycan Kooperasiya Universitetinin retoru, Milli Məclisin deputatı Eldar Quliyev namizədliyini irəli sürüb.
AzEdu.az xəbər verir ki, bu barədə Modern.az saytına məlumat verən E.Quliyev deyib ki, bu qərarın verilməsində seçicilərin də böyük rolu olub:
“Özüm bir az tərəddüdlü idim. Amma seçicilərin mənə münasibətindən də məlumatlıydım. Hesab edirəm ki, ötən illər ərzində onların etimadını doğrultmasaydım, namizədliyimin irəli sürülməsinə etiraz edərdilər. Bu dəstəyə görə, onlara bəribaşdan minnətdarlığımı bildirirəm. Əgər deputat olaraq onlara dəstək ola bilirəmsə, insan olaraq xeyir-şərlərində yaxından iştirak edə bilirəmsə özümü onlardan biri saymağa haqqım var. Və bundan sonra da hər zaman dövlət siyasətinə dəstək olub seçicilərin yanında olmağı özümə borc bilirəm”.
Eldar Quliyev bildirib ki, artıq imza vərəqələrini 28 saylı Sabunçu üçüncü Seçki Dairəsinə təqdim ediblər.