
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutu doktorantura və dissertanturaya qəbul elan edib.
İnstitutdan AzEdu.az-a bildirilib ki, qəbul Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya Qəbul Planı”na əsasən keçirilir.
Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:
Fəlsəfə doktoru proqramı üzrə (doktorantura):
2430.01 – Mikologiya – 1 yer (əyani).
Fəlsəfə doktoru proqramı üzrə (dissertantura):
2414.01 - Mikrobiologiya - 3 yer;
2430.01 - Mikologiya – 1 yer.
Elmlər doktoru proqramı üzrə (doktorantura):
2414.01 – Mikrobiologiya – 1 yer (qiyabi);
2430.01 – Mikologiya - 1yer (qiyabi).
Elmlər doktoru proqramı üzrə (dissertantura):
2414.01 – Mikrobiologiya – 1 yer.
Sənədlər dekabrın 28-nə kimi hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir.
Telefon: (+994 12) 502-43-59