
“Your English Voice” (“Sənin ingiliscə səsin”) müsabiqəsinə qeydiyyat prosesi davam edir.
Təhsil Nazirliyinin tabeliyində, Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri müsabiqədə iştirak edə bilərlər.
Nazirlikdən AzEdu.az-a bildiriblər ki, müsabiqəyə qoşulmaq istəyənlər 2020-ci il yanvarın 15-dək www.yourenglishvoice.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Müsabiqə barədə ətraflı məlumatı www.sabah.edu.az saytından əldə etmək mümkündür.
“Your English Voice” müsabiqəsi Təhsil Nazirliyi və “British Council Azərbaycan”ın birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və “International House Manchester” dil məktəbinin tərəfdaşlığı ilə keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır.