Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-24 15:27:00
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək

2019-cu ilin fevral ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olub.

Mədəniyyət Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş söz ustası Cəlil Məmmədquluzadənin 150 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə 17 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən sərəncam imzalanıb.

Sərəncamın icrası ilə əlaqədar 25 dekabr 2019-cu il tarixində saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.